İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 529-a çatıb

 11:37 09.11.2019     298

İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələnin nəticələri ilə bağlı son məlumat açıqlanıb.

Redaktor.az-ın xəbərinə görə, zəlzələ nəticəsində xəsarət alanların sayı 529 nəfərə çatıb.

Qeyd edək ki, noyabrın 7-də saat 02:17-də Şərqi Azərbaycan əyalətinin Miyanə şəhəri yaxınlığında baş vermiş 5.9 bal gücündə olan zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 62 km dərinlikdə olub. Zəlzələ nəticəsində 6 nəfər həlak olub.

Xatırladaq ki, zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.

Vumart və Güvən reklamı Vumart Güvən