Davudoğlu partiya quruculuğundan imtina edəcək - İDDİA

 12:27 09.11.2019     269

"Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu istədiyi nəticəni əldə edə bilmədi".

Redaktor.az axar.az-a  istinadən xəbər verir ki, bu sözləri Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun keçmiş müşaviri Atılqan Başar deyib.

O bildirib ki, Davudoğlu ya partiya quruculuğu işindən imtina edəcək, ya da marjinal partiya olaraq qalacaq:

“Cəmiyyətdə Abdullah Gülə də birmənalı münasibət yoxdur. Dolayısıyla, Gül-Babacan (Babacan – Türkiyənin keçmiş xarici işlər naziri) birliyi bizə iqtidar vəd etmir”.

Vumart və Güvən reklamı Vumart Güvən