Gürcüstanda geylər barədə filmə etiraz: Həbslər var

 14:08 09.11.2019     1974

Tbilisi və Batumidə Fransa, İsveç və Gürcüstanın birgə istehsal etdiyi iki gey rəqqasdan bəhs edən “Biz də rəqs etdik” filminin göstərilməsinə qarşı etiraz aksiyaları təşkil edilib.

Redaktor.az xəbər verir ki, bu məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Aksiyalarda 28 etirazçı həbs edilib. Etirazçıların həbsinə səbəb onların hüquq müdafiəçisi Anna Subeliani, siyasətçi David Berdzenişvili və polislərə hücum etmələri olub.

Qeyd edək ki, aksiyanın təşkilatçıları radikal millətçi təşkilatlar olublar.//Kult.az