Polis qeyri-leqal əldə edilən 3 milyonu belə ələ keçirdi - VİDEO

 14:49 09.11.2019     1540

İstanbulda qeyri-leqal fəaliyyət göstərən mərc oyunları şəbəkəsinə polis tərəfindən həyata keçirilən əməliyyatın videogörüntüsü yayılıb.

Redaktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat zamanı ümumilikdə 41 şəxs saxlanılıb. Şübhəlilər pulları lüks bir mənzildə paltar şkafında gizlədiblər.

Əməliyyat zamanı şkafdan 3 milyon 128  min lirə (təxminən 900 min AZN)  pul ələ keçirilib.

Qeyd edək ki, İstanbul Kiber Hücumlara Qarşı Mübarizə Şöbə  Müdürlüyü həmin şəbəkə üzvlərini 6 ay izləyib. İstintaq zamanı şübhəlilərdən birinin FETO üzvü olduğu da  ortaya çıxıb.