Polislərə hücum oldu, ölənlər var

 15:36 09.11.2019     3878

Meksikanın cənubundakı Oaxaka ştatının San Visente Koatlan yaşayış məntəqəsində  bir qrup şəxs polisə hücum edib. Hücum nəticəsində 5 asayiş keşikçisi ölüb, ikisi də yaralanıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştat prokurorluğunun “Twitter” səhifəsində bildirilir.

Hadisə yerindən uzaqlaşan cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.