QORXUNC ZƏLZƏLƏ: yaralı azərbaycanlıların sayı 529-a çatdı

 16:26 09.11.2019     4782

İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 529 nəfərə çatıb.

Redaktor.az-ın publika.az-a istnadən məlumatına görə, təbii fəlakət nəticəsində 5 nəfərin öldüyü, 529 nəfərin xəsarət aldığı, bunlardan da 31 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Noyabrın 8-də Təbriz şəhərindən 118 km məsafədə 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Sonradan dəqiqləşdirilmiş məlumatlara görə, təkanların gücü 5,9 bal olub.