Restoranın mətbəxinə girməyə çalışan oğru qadın tavandan yıxıldı - VİDEO

ABŞ-da bir restoranda oğurluq edən iki şəxsin görüntüləri restoranın təhlükəsizlik kameralarına əks olunub. Görüntülərdə tavandan mətbəxə girməyə çalışan qadın oğrunun başını mətbəxtdəki stola vuraraq yerə yıxıldığı görülüb.
Redaktor.az xəbər verir ki, ABŞ-ın Kaliforniya əyalətində baş verən hadisədə oğruların restorana girerek yüzlərlə dollar və neçə şüşə şərab oğurladığı bildirilib.
Polis 20-25 yaşları arasında bir kişi və 18-25 yaşları arasında ispaniyalı bir qadın olan şübhəliləri tapmaq üçün yerli xalqdan kömək istəyib.(mederator.az)