Bələdiyyə sədrinin zorla saçını kəsərək ayaqyalın yeritdilər - VİDEO

 17:18 09.11.2019     133

Boliviyanın Vinto qəsəbəsinin bələdiyyə sədri Patricsa Arsın saçını zorla kəsən etirazçılar bələdiyyə sədrinin üzərinə qırmızı boya töküb və küçələrdə ayaqyalın yeridərək istefa məktubunu imzaladıblar.  

Redaktor.az xəbər verir ki, Boliviyanın dövlət başçısı  Evo Moralesin oktyabrın 20-sində baş tutan prezidentlik seçkisindən sonra zəfər elan etməsi etirazçların qəzəbinə səbəb olub.  

Etirazçılar iki müxalifət üzvünün ölümündə Evo Moralesin partiyası Sosyalizm Hərakəatının (Movimiento al Socialismo) bələdiyyə sədri Patrisia Arsı günahlandırıb.  

Etirazçılar daha sonra qəsəbənin bələdiyyə sədri Patrisia Arsesi qaçıraraq zorla saçını kəsib, üzərinə boya ataraq  ayaqyalın küçələrdə yeriməyə məcbur edib.  

Polisin müdaxiləsi ilə etirazçıların əlindən alınan Arsın xəstəxanaya aparıldığı və həyati təhlükəsinin olmadıöı bildirilib.(moderator.az)