Film kimi: Bir-birindən xəbərsiz yeddi qadınla evləndi, üstü açılanda ağlasığmaz üsul seçdi - FOTO

 22:33 09.11.2019     148

Türkiyənin istanbul şəhərində filmlərə mövzu ola biləcək hadisənin üstü açılıb.

Bir-birindən xəbərsiz yeddi qadınla evlənən kişi ilə bağlı həqiqətlər məhkəmədə üzə çıxıb.

41 yaşlı Ömər Sirdaş bir neçə il əvvəl 31 yaşlı Sevgi D. adlı qadınla evlənib. Dini nikahla ailə quran cütlüyün bir müddət sonra övladlaerı dünyaya gəlib. Kişinin evə az gəlməsi qadında şübhələr oyatsa da, o, bunu Ö.Sirdaşın heyvandarlıqla məşğul olması ilə əlaqələndirib.

Ömər Sirdaş bir müddət əvvəl fermada çətinliklərinin olduğunu, krediti olduğu üçün də bunları aradan qaldıra bilmədiyini deyib. O, arvadına qayınanasının adına kredit götürmək istədiyini bildirib. Sevgi D.-nin təkidindən sonra ana qızının xatirinə buna razı olub.

Krediti alandan sonra Ömər Sirdaş borcları bir neçə ay ödəməyib. Bunu görən qadın ona zəng edib. Ancaq telefonu 39 yaşlı Selin E. açıb. Qadın “Ərimi niyə axtarırsınız?” dedikdən sonra ana şoka düşüb. Qadın Ömər Sirdaşın onun qızı ilə evli olduğunu dilə gətirib.

Selin ərinə vəziyyəti danışıb, ancaq kişi etiraz edərək, bu zəngin səhv nömrədən gəldiyini, bir qarışıqlıq olduğunu bildirib. Ancaq qadın ona inanmayıb və həmin nömrəyə yenidən zəng edib. Qayınana ilə danışan qadın ərinin Sevgi ilə evli olduğunu, hətta bir oğullarının da doğulduğunu öyrənib.

Selin və Ömər yeddi il öncə evlənib və onların iki övladı var.

Ö.Sirdaş ona şər atıldığını, Sevgi D.-ni və ailəsini tanımadığını, sözügedən oğlan uşağının özündən olmadığını iddia edərək, DNT testi üçün məhkəməyə müraciət edib. Arvadını inandırmaq üçün məhkəməyə müraciət edən kişiyə isə pis xəbər gəlib. Çünki qərarda onun 99 faiz ehtimalla atası olduğu qərarı çıxıb.

Hər iki qadının yaşadığı şok bununla da bitməyib. Məlum olub ki, kişinin daha üç övladı var.

Bundan sonra aldadılan qadınlar digər uşaqların hansı qadınlardan olduğunu müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar. Məlum olub ki, kişinin İstanbulun müxtəlif səmtlərində daha beş evi və beş arvadı, müxtəlif arvadlardan isə üç övladı daha var. Yeddi qadının uzun müddət bir-birindən xəbəri olmayıb.

Ömər Sirdaşın arvadları isə evlənmə sırasına uyğun olaraq belədir: Dilşad Ö., Aliyə A., Satiyə Ö., Selin E., Sevgi D., Səbriyə G. Və Mələk B.(oxu.az)