Ukrayna təyyarəsi Şarm əl-Şeyxdə eniş edərkən şassisi alışıb

 23:51 09.11.2019     251

Ukraynadan uçan təyyarənin şassisi Misirin kurort şəhəri Şarm əş-Şeyxin hava limanına eniş edərkən alışıb.

Redaktor.az trend-ə istinadən bildirir ki, bu barədə Misir Mülki Aviasiya Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hidravlik sistemindən yağ sızması nəticəsində Zaporojyedən gələn təyyarənin şassisinin şini eniş etdikdən sonra alışıb.

Hava limanının xilasetmə xidmətlərinin operativ tədbirləri sayəsində yanğın tezliklə söndürülüb və fəlakətin qarşısı alınıb.

Bütün sərnişinlər və heyət üzvləri təxliyə edilib, xəsarət alan olmayıb.