İŞİD də təsdiqlədi: Bu ölkədə hərbi hissəyə hücum...

 05:31 10.11.2019     384

İŞİD teror təşkilatı noyabrın 6-da Tacikistan-Özbəkistan sərhədində yerləşən hərbi hissəyə edilən silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Sputnik məlumat yayıb.

Bundan əlavə, Əfqanıstan Xarici İşlər Nazirliyi İŞİD üzvlərinin Tacikistana Əfqanıstan ərazisindən daxil olması xəbərini təkzib edib.

Qeyd edək ki, 6 noyabrda 20 maskalı şəxs Tacikistan-Özbəkistan sərhədində yerləşən 4 saylı “İşkobod” hərbi hissəsinə hücum çəkib. Gecə ərzində davam edən atışmada dəstənin 15 üzvü öldürülüb, sağ qalan 5 nəfər isə əsir götürülüb. Atışmada bir polis və bir sərhədçi həlak olub.

Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunları İdarəsi terakı İŞİD terrorçularının törətdiyini və ölkəyə Əfqanıstan ərazisindən daxil olduqlarını açıqlamışdı.