Tramp ELAN ETDİ: çərşənbə axşamı günü Ağ Evdə...

 10:30 10.11.2019     144

Ukrayna prezidenti Vladimir Zelenski ilə Donald Tramp arasındakı ikinci görüşün mətni yayımlanacaq.

Redaktor.az publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

Prezident bildirib ki, haqqında impiçmentin başlanmasına səbəb olan görüşlərdən ikincisinin mətni çərşənbə axşamı günü Ağ Evdə açıqlanacaq.

Zelenski ilə əslində biri aprel, digəri iyul ayında olmaqla, iki dəfə telefonda danışdığını deyən Tramp “ikinci mətni oxuyub yanlış bir şey olub-olmadığını siz söyləyin mənə” sözlərini deyib.

Qeyd edək ki. Ağ Ev iyul ayındakı görüşün detallarını açıqlamışdı.