Rusiyada ağır qəza, 2 nəfər ölüb, 10 nəfər yaralanıb

 14:29 10.11.2019     222

Rusiyanın Krasnoyarsk diyarının Novoselovski rayonunda "KamAZ" markalı yük maşını ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində iki nəfər ölüb, on nəfər yaralanıb.

Redaktor.az apa-a istinadla xəbər verir ki, bu barədə regional Yol Polis İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, mikroavtobusda 15 nəfər olub.

Xəsarət alanlar Novoselovski xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb edilib.

Polis hadisənin başvermə səbəblərini araşdırır.