Şərqi Azərbaycan əyalətində güclü zəlzələ oldu

İranın Şərqi Azərbaycan əyalətində 4.8 bal gücündə zəlzələ baş verib.
Redaktor.az APA-ya istinadən bildirir ki, zəlzələ bu gün günorta saatlarında Şərqi Azərbaycan əyalətinin Türkmənçay bölgəsi yaxınlığında baş verib.
Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.