Türkiyənin paytaxtında zəlzələ oldu

 18:30 10.11.2019     927

Türkiyənin paytaxtı Ankara şəhərində zəlzələ qeydə alınıb.

Redaktor.az Türkiyənin mərkəzi seysmoloji qurumu olan AFAD-a istinadən xəbər verir ki, yeraltı təkanlar yerli saatla 13:11-də şəhərin Mamak adlanan hissəsində qeydə alınıb. Episentrdə zəlzələnin gücü 3,4 bal təşkil edib.

Zəlzələ nəticəsində bəzi insanlarda təşviş yarandığı, lakin hər hansı dağıntı və tələfatın olmadığı bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən