İtaliyada pulsuz evlər paylanılır

 19:19 10.11.2019     503

Məlumdur ki, İtaliyada daşınmaz əmlakın qiymətləri çox bahadır. Məsələn, Siciliya adasında evlərin qiyməti 133 min avrodan başlayaraq 2,8 milyon avroyadək dəyişir. Lakin elə bu adada pulsuz evlər də paylanılır.

Redaktor.az Azərtac-a istinadən bildirir ki, Siciliyanın mərkəzində yerləşən və orta əsrlərdə tikilmiş Kammarata şəhərində bu pulsuz evlər əldə etmək mümkündür. Lakin burada bəzi nüanslar var.

Belə ki, pulsuz ev əldə etmək istəyənlər 3 il ərzində onu rekonstruksiya etməlidirlər və bunun üçün artıq dəqiq plan olmalıdır. Rekonstruksiya evin xarici ilkin görünüşünü dəyişməməlidir. Təmir qiymətləri isə həddindən artıq bahadır. Bazar qiymətlərinə əsasən, şəhərdə bir kvadratmetrlik sahənin təmiri 700 avro civarındadır. Təmirdən öncə ev sahibi bələdiyyəyə 5 min avro beh ödəməlidir.