İranda yeni neft yatağı kəşf edilib

 20:10 10.11.2019     565

İran prezidenti Həsən Ruhani, ölkənin cənub-qərbində böyük neft yatağının tapıldığını elan etdi.

Redaktor.az-ın trend-ə istinadən məlumatına görə, neft ehtiyatları təxminən 53 milyard barel təşkil edir.

Yezd şəhərində təşkil olunan tədbirdə çıxış edən Ruhani, aşkar edilmiş yatağın İranın cənub-qərbindəki Xuzistan əyalətində olduğunu söyləyib.