Azərbaycanlı fəal bu məqaləyə görə məhkəməyə çağırıldı

 22:05 10.11.2019     71

“Milli Düşüncə” Teleqram kanalının rəhbəri, güneyli milli fəal Səid Minayi "Panirançılıqla erməni lobbisinin bağlantısı" adlı məqalənin dərc edilməsinə görə xüsusi dairələr tərəfindən təzyiqlərə və məhkəmə təqiblərinə məruz qalıb.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, o, Araz Marağalının yazdığı bu məqaləni Teleqram kanallarında yayımladıqdan sonra “Daralmulk” kitabının müəllifi Əsgər Məhəmmədzadə adlı şəxsin şikayəti ilə Marağa şəhər məhkəməsinə çağırılıb.

Səid Minayi daha sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.