Vladimir Putinlə Angela Merkel arasında telefon danışığı olub

 23:23 11.11.2019     1338

Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Bu barədə Redaktor.az RİA "Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, liderlər telefon söhbətində Ukrayna məsələsinə toxunublar. Tərəflər həmçinin Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Rüfət Xəlil / Redaktor.az