Almaniyada 250 kiloqramlıq bomba tapıldı

 23:53 11.11.2019     1694

Almaniyanın paytaxtı Berlin şəhərində İkinci Dünya müharibəsindən qalan 250 kiloqramlıq bomba zərərsizləşdirilib.

Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bomba ötən həftə Hellersdorf rayonunda aşkar edilib.

Bildirilir ki, bombanın zərərsizləşdirilməsi üçün 13 min insan təxliyə edilib.

Rüfət Xəlil /Redaktor.az