SON DƏQİQƏ: Dəhşətli qəza BAŞ VERDİ - Onlarla ölü və yaralı var / VİDEO

 10:53 12.11.2019     12876

Banqladeşin Brahmanbariya əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 15-i ötüb. 40-dan çox yaralı var.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən məlumat verir ki, yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Əraziyə çox sayda xilasedici cəlb edilib.

Dağıntılar altında insanların qaldığı istisna edilmir. Məlumata görə, qatarların hərəkət istiqaməti Çittaqonq və paytaxt Dəkkə istiqaməti üzrə olub. Qəzanın səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az