Boliviya ordusu əməliyyatlara başlayır - Evo Morales Meksikaya qaçdı

 11:36 12.11.2019     489

Boliviya ordusu toqquşmaların qarşısını almaq üçün polislərlə birgə əməliyyatlar təşkil edəcək.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargahından belə açıqlama verilib. Açıqlamaya görə, asayiş keçikçiləri təhlükəsizliyi təmin etmək üçün ordudan dəstək istəyib. Silahlı qüvvələr də bu dəstəyə müsbət cavab verib.

Qeyd edək ki, prezident Evo Morales ölkədəki genişmiqyaslı etiraz aksiyalar səbəbiylə istefa vermək məcburiyyətində qalıb. O, Meksikaya sığınıb.

Anar Türkeş / Redaktor.az