İstanbulda cəsədi tapılan britaniyalı kimdir? - London Moskvanı ittiham etdi

 11:49 12.11.2019     505

“İstanbulda cəsədi tapılan keçmiş britaniyalı hərbçi Lö Mesuriörun ölümünə görə Rusiya məsuliyyət daşıyır”.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniya parlamentinin Xarici Əlaqələr komitəsinin rəhbəri Tom Tuhendhat belə açıqlama verib. O bildirib ki, keçmiş hərbçinin ölümü ilə bağlı araşdırmaya Londondan olan mütəxəssislər də cəlb edilməlidir.

Qeyd edək ki, Rusiya tərəfi keçmiş britaniyalı hərbçini cəsusluqda ittiham edərək, onun Suriyada terror təşkilatları ilə əlaqədə olduğunu irəli sürüb. London tərəfi isə onun humanitar məsələlər ilə bağlı fəaliyyət göstərdiyini iddia edir.

Anar Türkeş / Redaktor.az