Ərdoğandan ABŞ səfəri öncəsi vacib AÇIQLAMALAR

 12:02 12.11.2019     536

“ABŞ səfərinin gündəmində ikili münasibətlərlə yanaşı, Suriya münaqişəsi,  terrorla mübarizə, FETÖ terrorçularının ekstradisiyası, PKK-YPG qruplaşmalarına qarşı mübarizə və digər regional məsələlər var”.

Redaktor.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında belə deyib. Ərdoğan etiraf edib ki, Ankara və Vaşinqton arasında bir çox məsələlərlə bağlı fikir ayrılığı var.

Türkiyə prezidentinin sözlərinə görə, Suriyanın şimalındakı vəziyyətlə bağlı ABŞ-la əldə olunmuş sazişin şərtləri hələlik tam yerinə yetirilməyib.

Anar Türkeş / Redaktor.az