Zelenski təklifi qəbul etdi - Növbə Putindədir

 12:30 12.11.2019     533

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında görüş təşkil edilməsi üçün vasitəçilik edir.

Redaktor.az xəbər verir ki, bu barədə Nazarbayev özü açıqlama verib. O bildirib ki, Zelenski ikili toplantıya razılıq verib:

“Zelenski ikili zirvə təklifini qəbul etdi. İndi baxaq Putin bunu qəbul edəcəkmi?".

Qeyd edək ki, iki ölkə arasında gərginliyin aradan qaldırılması üçün Fransa və Almaniya da uzun müddətdir səy göstərir.

Anar Türkeş / Redaktor.az