"Alibaba"dan 11-11 rekordu - 1 dəqiqədə 1milyard dollarlıq məhsul satıldı

 14:00 12.11.2019     653

Dünyanın ən böyük onlayn ticarət şirkətlərindən olan “Alibaba” ötən gün rekord satışa imza atıb.

Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, şirkətdən 1 dəqiqə 8 saniyə ərzində 1 milyard dollarlıq məhsul alışı həyata keçirilib. 1 saat ərzində isə satılan məhsulların ümumi dəyəri 14 milyard dollardan çox olub. 1 gün ərzində isə onlayn alınan məhsulların dəyəri 30,8 milyar dollardan çox olub.

Qeyd edək ki, ötən ilin eyni günü şirkətdən 30 milyard dollarlıq alış həyata keçirilib.

Əlavə edək ki, noyabr ayının 11-i bir çox ölkədə subaylar günü kimi qeyd edilir. Həmin gün münasibətiylə dünyanın tanınmış şirkətləri endirimlər həyata keçirir.

Anar Türkeş / Redaktor.az