İrana nüvə sazişi ilə bağlı XƏBƏRDARLIQ

 13:45 12.11.2019     240

Avropa Birliyi, Almaniya, Fransa və Böyük Britaniya nüvə sazişi ilə bağlı İrana xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, Tehrandan nüvə sazişi ilə bağlı şərtlətin yerinə yetirilməsi tələb olunub. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqerini bəyan edib ki, İranın Fordo nüvə təsisinin fəaliyyətini bərpa etməsi narahatlıq yaradır.

Açıqlamaya görə, Tehran nüvə sazişinin şərtlərini pozmağa davam edərsə, sanksiyalar da daxil olmaqla bir sıra təzyiqlərlə üzləşə biləcəyini nəzərə almalıdır.

Anar Türkeş / Redaktor.az