Çində DƏHŞƏT: Uşaqların üzərinə kimyəvi maddə tökdülər

 14:49 12.11.2019     557

Çinin Yunnan əyalətində bağçaya edilən hücum nəticəsində 54 nəfər yaralanıb.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, 23 yaşlı şəxs hasara dırmaşaraq uşaqların üzərinə kimyəvi maddə töküb. Məlumata görə, yaralılardan 51-i uşaq, 3-ü isə müəllimdir. Hücumu törədən şəxs həbs edilib.

Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az