İran ən ağır günlərini yaşayır - Ruhani etiraf etdi

 15:14 12.11.2019     579

“İran 1979-cu ildə baş verən inqilabdan bəri ən ağır günlərini yaşayır”.

Redaktor.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani belə açıqlama verib. O bildirib ki, sanksiyalarla bağlı neft satışının kəskin azalması iqtisadiyyata ciddi zərbə vurub:

“İnqilabdan bəri ən ağır günləri və ayları yaşayırıq. İndiyə qədər neft satışında bu qədər ciddi problemlərlə üzləşməmişdik”.

Ruhaninin sözlərinə görə, hazırkı gəlirlər İranın xərclərinin yalnız 30 faizini qarşılayır. 

“Qalan 70  faizini qarşılaya biləcəyimiz mənbələrimiz yoxdur” - deyə Ruhani bildirib.

Anar Türkeş / Redaktor.az