Təhlükəsizlik Şurası fəaliyyətsizdir, problemləri həll edə bilmirik - Quterreş

 15:40 12.11.2019     533

BMT-nin Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının problemlərin həllinə təsir göstərə bilməməsinin səbəblərindən danışıb.

Redaktor.az-ın məlumatına görə, o bildirib ki, güc mərkəzləri arasında fikir ayrılığı Təhlükəsizlik Şurasının səmərəli fəaliyyətinə əngəl törədir:

“Təəssüflər olsun ki, böyük güclər arasında münasibətlərin yaxşı olmadığı, Təhlükəsizlik Şurasının fəaliyyətsiz olduğu bir dünyada yaşayırıq. Bütün böhranlarda ölkələr sadəcə öz maraqlarını düşünür. Bu üzdən Suriya, Liviya kimi münaqişələr həllini tapmır. İnsanlar ABŞ-ın güclü təsirə malik olduğu dövrün geridə qaldığını, çox qütblü bir dünyada yaşadığımızı düşünürlər.  Əslində belə deyil. Xaosun olduğu dövrdən keçirik”.

Anar Türkeş / Redaktor.az