ABŞ Suriyanı neftə görə bölmək istəyir - Lavrov

 17:05 12.11.2019     592

“ABŞ neft sahələrini nəzarət altında saxlamaq üçün Suriyanı bölməyə çalışır”.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə açıqlama verib. Parisdə Sülh konfransındakı çıxışı zamanı o bildirib ki, ABŞ Suriya Demokratik Qüvvələri və PYD vasitəsiylə yerli hakimiyyətin qurulması üçün ərəb ölkələrindən də maliyyə tələb edir.

Diplomatın sözlərinə görə, Vaşinqton yerli hakimiyyət qurmaqla neft sahələrini Dəməşqin nəzarətindən almaq istəyir. Lavrov qeyd edib ki, Rusiya, Türkiyə və İranın həyata keçirdiyi Astana prosesi nəticəsində Suriya hökuməti ilə müxalifəti arasında dialoq qurulub və sabitliyin bərpası üçün zəmin yaranıb.

Anar Türkeş / Redaktor.az