ABŞ-dan Rusiya təhdidinə qarşı NÖVBƏTİ HƏMLƏ

 17:10 12.11.2019     540

ABŞ hökuməti İsraildəki F-35 təyyarələrinin sayının artırılmasına qərar verib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, Rusiyanın Suriyada və İranda hərbi nüfuzunun artması Vaşinqtonu narahat edir. 

Bu üzdən ABŞ yeni nəsil qırıcılarının əksəriyyətini İsrailə yerləşdirməyi planlaşdırır. İddialara görə, təyyarələrin yerləşdirilməsi üçün İsraildə ümumi sahəsi 252 min kvadrat metr olan xüsusi yer hazırlanıb.

Anar Türkeş / Redaktor.az