Meksika hökuməti Evo Moralesin yerini gizli saxlayacaq

 19:34 12.11.2019     663

Meksikanın Xarici İşlər Naziri Marselo Ebrard Boliviyanın keçmiş prezidenti Evo Moralesin yerinin gizli saxlanılacağını bəyan edib.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir M.Ebrard Moralesin Meksikaya gələndən sonra təhlükəsizliyi baxımından bu addımın atılacağını qeyd edib. 

Xatırladaq ki, Evo Morales 10 noyabr tarixində ölkəsində baş verən kütləvi etiraz aksiyaları səbəbindən postunu tərk etmək məcburiyyətində qalıb.

Rüfət Xəlil / Redaktor.az