Evo Moralesin təyyarəsi Meksikaya endi - FOTO

 23:13 12.11.2019     655

Boliviyanın devrilmiş prezidenti Evo Moralesin təyyarəsi Meksikanın paytaxtı Mexikoya enib.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, Moralesi Meksikanın Xarici İşlər Naziri Marselo Ebrard qarşılayıb.

Təyyarənin trapından aşağı enən Morales onu qarşılamağa gələn media nümayəndələrinə əlini yelləyib.

Məlumata görə, Moraleslə birlikdə keçmiş vitse-prezident də Meksika paytaxtına qaçıb.

Rüfət Xəlil / Redaktor.az