Trampın impiçment prosesində YENİ MƏRHƏLƏ

 10:53 13.11.2019     883

ABŞ prezidenti Donald Trampın impiçment prosesi ilə bağlı yeni mərhələ başlayıb.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu gündən etibarən istintaq prosesi ictimaiyyətə açıq keçiriləcək. Bu gün keçiriləcək ictimaiyyətə açıq məhkəmədə ABŞ-ın Ukrayna üzrə keçmiş səfiri Uilyam Teylor və Dövlət Departamentinin əməkdaşı ifadə verəcək. 

Qarşıdakı günlərdə isə vitse-prezidentin köməkçilərinin, ABŞ-ın Avropa üzrə diplomatlarının, Rusiya üzrə mütəxəssislərin və digərlərinin ifadə verəcəyi açıqlanıb.

Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib.

Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar “Ağ ev” rəhbərinin impiçmentini tələb edib.