Qəzza bölgəsinə endirilən zərbələri nəticəsində ölənlərin sayı 16 nəfərə çatdı

 11:14 13.11.2019     918

İsrail hərbi hava qüvvələrinin Qəzza bölgəsinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. 45 yaralı var. Məlumata görə, ötən gün səhər saatlarından etibarən hücumlar şiddətlənib.

Ölənlər arasında “Qüds səriyyələri” adlı qrupun liderlərindən hesab olunan şəxs də var. Onun adı açıqlanmır.

Anar Türkeş / Redaktor.az