Livanın Dəməşqdəki səfirliyinin yaxınlığına raket düşdü - Ölənlər var

 11:30 13.11.2019     1218

Livanın Suriyanın paytaxtı Dəməşqdə yerləşən səfirliyinin yaxınlığına bir neçə mərmi atılıb.

Redaktor.az xəbər verir ki, hücum zamanı iki nəfər həyatını itirib. 6 yaralı var. Hücumun səfirlik binasına vurduğu zərərlə bağlı hələlik açıqlama verilmir.

Hücumun İsrail tərəfindən təşkil olunduğu irəli sürülür.

Anar Türkeş / Redaktor.az