İŞİD-in daha bir önəmli üzvü zərərsizləşdirildi - Süleyman Soylu
Türkiyənin təhlükəsizlik qüvvələri Suriyada İŞİD terror təşkilatının daha bir önəmli üzvünü zərərsizləşdirib.
Redaktor.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bu barədə açıqlama verib. O bildirib ki, kəşfiyyat məlumatları əsasında terrorçunun yeri müəyyən edilib və o sağ ələ keçirilib.
Soylu yaxın günlərdə FƏTÖ terror təşkilatı ilə mübarizədə önəmli əməliyyatlar həyata keçirələcəyini ifadə edib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə ordusu İŞİD-in keçmiş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşını, qızını və onun uşaqlarını zərərsizləşdirib.
Anar Türkeş / Redaktor.az