Ermənilərlə PKK tərəfdarları arasında işbirliyi - Ərdoğanın səfərinə etiraz edəcəklər

 12:50 13.11.2019     2052

ABŞ-dakı erməni lobbisi və PKK terror təşkilatının tərəfdarları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfərinə etiraz etmək üçün işbirliyi edib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, aksiya Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşəcəyi “Ağ ev”in qarşısında keçiriləcək.

Etirazçılar həqiqəti əks etdirməyən şüarların yazıldığı plakatlar açacaq.

Qeyd edək ki, dövlət başçıları arasında görüşün Bakı vaxtı ilə saat 21:00-da baş tutacağı gözlənilir.

Anar Türkeş / Redaktor.az