Əfqanıstan hökuməti və Taliban RAZILIĞA GƏLDİ

 15:00 13.11.2019     3902

Əfqanıstan hökuməti ilə Taliban terrorçuları arasında məhkum və əsirlərin dəyişdirilməsi həyata keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə prezident Əşrəf Qəni açıqlama verib. Onun sözlərinə görə, qruplaşmanın əsas üzvlərindən hesab edilən 3 terrorçu ilə 2016-cı ildə girov götürülən iki universitet müəllimi dəyişdiriləcək.

Prezident bildirib ki, terrorçuların sərbəst buraxılması qərarı çətinliklə qəbul edilmiş lakin düzgün seçimdir.

Anar Türkeş / Redaktor.az