Venesiya suya QƏRQ OLDU
İtaliyanın turizm şəhəri Venesiya son 50 ilin ən güclü daşqınları ilə mübarizə aparır.
Redaktor.az BBC-yə istinadən xəbər verir ki, dəniz suyunun artması nəticəsində əmələ gələn sel nəticəsində 2 nəfər həyatını itirib. Çox sayda yaralı var. Yerli bələdiyyənin məlumatına görə, sel nəticəsində onlarla tikili sıradan çıxıb. Maddi ziyan milyonlarla dollar dəyərindədir. Daşqınların baş verməsinə iqlim dəyişikliyinin səbəb olduğu deyilir.
Yerli dairələrin məlumatına görə, Adriatik dənizi sahilində yerləşən Venesiyada sonuncu dəfə belə güclü sel 1966-cı ildə baş verib.
Anar Türkeş / Redaktor.az