Boliviya ordusu Anesi müvəqqəti prezident kimi QƏBUL ETDİ

 17:15 13.11.2019     374

Boliviya ordusu Senat rəhbərinin köməkçisi Ceanine Anesi müvəqqəti prezident kimi qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş qərargahından açıqlama verilib. Bildirilib ki, ordu komandanları Anesin müvəqqəti prezident olması barədə həmfikirdir.

Qeyd edək ki, oktyabr ayında keçirilən prezident seçkilərində qanun pozuntularına yol verildiyini irəli sürən müxalifət, dövlət başçısı Evo Moralesdən istefa verməyi tələb edib. Ordunun da təzyiqindən sonra Morales istefa verərək Meksikaya sığınıb.

Anar Türkeş / Redaktor.az