Slovakiyada dəhşətli qəza - 13 Ölü, 20 yaralı

 19:31 13.11.2019     470

Slovakiyanın Nitra şəhərində dəhşətli yol qəzası baş verib.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, avtobusla ağır yük maşınının toqquşması nəticəsində azı 13 nəfər ölüb.

 İlkin məlumatına görə, hadisə nəticəsində 20-dək xəsarət alan var. Lakin bu rəqəmin artacağı istisna edilmir.

Hələlik hadisənin təfərrüatı ilə bağlı məlumat verilməyib.

Rüfət Xəlil / Redaktor.az