Məşhur ticarət mərkəzində OLAY - Çantadan İNSAN KƏLLƏSİ çıxdı /FOTO

 20:12 13.11.2019     643

Rusiyanın Krasnodar şəhərində qəribə hadisə baş verib.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, "Qalereya" adlı ticarət mərkəzində çantasında insan kəllə sümüyü olan 19 yaşlı gənc saxlanılıb. Mərkəzin mühafizə xidməti hadisə yerinə dərhal polis çağırıb.

Yerli polis faktı araşdırır.

Qeyd edək ki, "Qalereya" ticarət mərkəzi Krasnodarın əsas alış-veriş yeri hesab edilir.

Rüfət Xəlil / Redaktor.az

2