Donald Trampın impiçmenti ilə bağlı dinləmələr başlayıb

 23:21 13.11.2019     351

ABŞ Konqresinin Nümayəndələr palatasının Kəşfiyyat komitəsində prezident Donald Trampın impiçmenti çərçivəsində ilk açıq dinləmələr başlayıb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, ilk olaraq Ukraynada səfir əvəzi Bill Tailor və dövlət katibinin müavini Corc Kent ifadə verəcək.

Məlumata görə, iqtidardakı Respublikaçılar Partiyası rəqib demokratları dəfələrlə gizli təhqiqat aparmaqda günahlandırıb. Əks tərəf isə səs çoxluğu ilə impiçmentlə bağlı xüsusi qətnamə qəbul edib.

Xatırladaq ki, prezident D.Tramp barəsində impiçment prosesi onun siyasi rəqibi olan sabiq vitse-prezident Co Baydenlə bağlı araşdırma aparması üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiqlər barədə xəbərlərin üzə çıxmasından sonra başlamışdı. D.Tramp isə Ukrayna hökumətini korrupsiyaya qarşı tədbirlər görməyə çağırdığını bildirib.