Donald Tramp İŞİD-i hədələdi

 07:11 14.11.2019     291

ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr əl-Bağdadinin xələfi haqda danışıb.

Redaktor.az RT-yə istinadən xəbər verir ki, Tramp Türkiyədən olan həmkarı Rəcəp Tayyip Ərdoğanla görüşü zamanı İŞİD-in yeni liderini də yada salıb.

"Biz nömrə üçü izləyirik. O, nömrə bir olmalı idi. Lakin hazırda qaçıb. Həyatını qurtarmağa çalışır. Amma biz onu nəzarətdə saxlayırıq."- deyə Tramp qeyd edib.

Rüfət Xəlil / Redaktor.az