Paşinyan xüsusi xidmət orqanına şeytanla bağlı göstəriş verdi
Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə QR-kodun şeytanla əlaqəsi barədə araşdırma aparmağı tapşırıb.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu məlumatı "Sputnik Ermənistan" yayıb.
Məlumata görə, bu haqda Paşinyan hökumətin iclasında bildirib.
Paşinyanın sözlərinə görə, o, Milli Təhlükəsizlik Xidmətinə “müəyyən dairələrlə şeytan arasında əməkdaşlığın yollarını və formasını” aydınlaşdırmaq barədə göstəriş verib.
Qeyd olunur ki, QR-kodla şeytan arasında əlaqəni hökumətin iclasında ətraf mühit naziri Erik Qriqoryanın çıxışından sonra müzakirə etməyə başlayıblar. Online ov icazəsi layihəsini təqdim edən nazir deyib ki, vətəndaşlar internet üzərindən öz işlərini yerinə yetirməyə həvəsli deyillər. Paşinyan da bununla razılaşıb və internet-sövdələşmələrin səviyyəsinin aşağı olmasını insanların məlumatsızlığı ilə əsaslandırıb.
QR-kod ingiliscə Response Code deməkdir və ştrix kodlar kimi əmtəə tanınma nişanıdır, ilk dəfə Yaponiyanın avtomobil sənayesi üçün işlənib hazırlanıb.
Rüfət Xəlil /Redaktor.az