Husi üsyançıları 3 gəmini ƏLƏ KEÇİRDİLƏR

 11:00 19.11.2019     12548

Husi üsyançıları Yəmənin Ukban adası yaxınlığında 3 gəmini ələ keçiriblər.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, beynəlxalq hüquqi statusu olmayan Husi hökumətinin açıqlamasına əsasən, gəmilər Yəmənin sərhədlərini pozduğuna görə ələ keçiriliblər.

Saxlanılan gəmilərdən biri Səudiyyə Ərəbistanına məxsusdur. Digər iki gəminin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb. Lakin Xarici KİV-lər digər gəmilərin Cənubi Koreyaya məxsus olduğunu yazır.

Anar Türkeş / Redaktor.az