Ərdoğan Trampla görüşdən DANIŞDI - Problemləri həll edə bilmədik
“ABŞ prezidenti Donald Trampla görüş zamanı bir çox məsələnin əsaslı şəkildə həllinə nail ola bilmədik”.
Redaktor.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O etiraf edib ki, iki ölkə arasında bir sıra məsələlərdə ciddi fikir ayrılıqları var. “F-35"lərlə bağlı problem davam edərsə, alternativ seçimlərə yönələrik” - deyən Ərdoğan, ABŞ-la problemlərin aradan qaldırılmasında maraqlı olduqlarını deyib.
Ərdoğanın sözlərinə görə, fikir ayrılıqlarına baxmayaraq, Ankara və Vaşinqton normal münasibətlər qura bildiyini dünyaya göstərib.
Anar Türkeş / Redaktor.az