Rusiya ordusu Qara dənizdə hərbi təlimlərə BAŞLADI

 15:07 19.11.2019     22400

Rusiya ordusu Qara dənizdə hərbi təlimlərə başlayıb.

Redaktor.az xəbər verir ki, məşqlərə 10-dan çox gəmi və hərbi hava vasitələri cəlb edilib. Təlimlər zamanı hərbçilər suyun altında və sahildə şərti düşmən hədəflərini aşkar edərək, məhv etməlidir. O cümlədən, hava hücumlarının qarşısının alınmasına dair tapşırıqlar yerinə yetiriləcək.

Təlimlərin məqsədi hərbçilərin döyüş qabiliyyətini artımaq və hərbçilər arasında koordinasiyanı inkişaf etdirməkdir.

Anar Türkeş / Redaktor.az